Türkiyədə banka silahlı hücum edən şəxs təslim oldu - FOTO

Antaliyada bankda mühafizəçini girov götürən şəxsi polisə təslim olub.

Bununla bağlı DHA məlumat yayıb.

Qırğız mənşəli şəxs çölə çıxardığı bank işçilərinin mobil telefonlarını əllərindən alaraq, “mənim hər şeyimi əlimdən aldılar, səlahiyyətli biri ilə görüşmək istəyirəm”, - deyib.

Polisin 1 saat 10 dəqiqə dilə tutduğu qırğız təslim olduqdan sonra polis idarəsinə götürülüb.