Netanyahu böyük səs fərqi ilə yenidən lider seçildi

İsrailin Baş naziri Benyamin Netanyahu Likud Partiyasına rəhbərlik üçün keçirilən seçkidə böyük səs fərqi ilə qalib olub.

“Hürriyyet” xəbər verir ki, Netanyahu ilə Likud millət vəkili Gideon Saar arasında gedən mübarizə zamanı partiyanın 116 min üzvünün 48,94 faizi səs verib.

Rəsmi olmayan nəticələrə əsasən, Netanyahu səslərin 72,5 faizinə, rəqibi isə 27,5 faizinə sahib olub.

Böyük üstünlüklə qalib gələn Netanyahu dəstəkçilərinə təşəkkür edib və partiyanın 2020-ci ilin martın 2-də keçiriləcək seçkilərdən “böyük bir zəfərlə” çıxması üçün əlindən gələni edəcəyini bildirib.