ABŞ-ın hərbi bazasına hücum: Ölən və yaralananlar var

İraqın şimalında yerləşən Kərkük şəhərinin yaxınlığında ABŞ-ın hərbi bazası raket atəşinə məruz qalıb.

Məlumatı “Reuters” agentliyi İraqda yerləşən hərbi mənbələrə istinadən yayıb.

Hücum nəticəsində bir neçə hərbçinin yaralandığı, bir mülki işçinin isə həlak olduğu bildirilir. 

Təhlükəsizlik qüvvələri hərbi bazanın yaxınlığında raket buraxılma qurğusu aşkar ediblər.