Burası İtaliya: Bu qəsəbəyə köçənə pulsuz ev verilir


İtalyanın cənubunda yerləşən və Aralıq dənizinin ən böyük adası olan Sicilyadakı Cammarata qəsəbəsi bölgədəki digər məskunlaşma yerləri kimi əhalisinin sayından əziyyət çəkir. İtalyanın cənubunda problem halına gələn köç və yaşlanan əhaliyə qarşı bir-birinin ardınca açıqlanan təşviq paketlərinə Cammarata da daxil edilib. Buna görə Cammarataya daşınacaq hər kəsə əvəzsiz bir şəkildə ev veriləcək.

Sherg.az xarici mediayaya istinadən xəbər verir ki, Cammarata dəniz səviyyəsindən təxminən 700 metr yüksəklikdə, Sicilyanın tarixi qəsəbələrindən biridir. Yeddi min adamın yaşadığı qəsəbə bir müddətdir köç problemiylə qarşı-qarşıyadır. Qəsəbənin sürətlə azalan əhalisi üçün yerli rəhbərlik hərəkətə keçib.



Palermo şəhərindən 60 kilometr uzaqlıqda yerləşən və bir çox binasının tarixi Orta əsrlərə gedib çıxan Cammarata, Cənubi İtalyanın bir çox yeri kimi azalan əhalisini artırmaq üçün təşviq proqramına  başlayıb.



Zungoli və Sambuca kimi qəsəbələrdən sonra bölgəyə xüsusilə gənc əhalini cəlb etməyi qarşıya məqsəd qoyan Cammrata, qəsəbəyə yerləşənlərə əvəzsiz bir şəkildə ev verməyi vəd edir.



Cammrata Qubernatoru Vincenzo Giambronenin həyata keçirdiyi bu təşviqdən faydalanmağın tək şərti isə qəsəbədə həmişəlik olaraq yerləşməyi qəbul etməkdir.

Turan