Hərbçilərə oyun oynamaq əmri verilib


Kanadada ordu üzvlərinə “Pokemon Qo” oyununu oynamaq əmri verilib.

Kult.az xəbər verir ki, buna səbəb hərbi bölgələrə daxil olan oyunçuları yaxalamaqdır.

Ordunun “Pokemon Qo” oyunçularını yaxalaması üçün 3 hərbçiyə tapşırıq verdiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl pokemonları yaxalamaq istəyən oyunçular xəritə üzrə hərəkət edərək hərbi ərazilərə daxil olmuşdu. Kanada ordusu isə oyunçulara hərbi zonalardan uzaq durmaqla bağlı xəbərdarlıq göndərmişdi.