2003-cü ildə İraqın işğalında iştirak etmiş Amerikalı əsgər Con Turner ABŞ-ın İraqda tətbiq etdiyi dəhşətli faktları ictimaiyyətə açıqlayıb.
Amerika Senatının 3-cü dəfə qondarma erməni "soyqırımı"nı gündəmə gətirdiyi dönəmdə əsgər Con Turner amerikalıların İraqda törətdiyi vəhşilikləri ifşa edərək bir sıra mesajlar verib.
Amerikalı əsgər gecələr yata bilmədiyini, vicdan əzabı çəkdiyini söyləyib:
"16 aprel 2008-ci ildə ilk cinayətimi işlədim. Öldürdüyüm gənc günahsız idi. Evinə doğru gedərkən onu atasının gözü qarşısında vurdum. İlk güllə boynuna dəymişdi, amma ölməmişdi. Dəhşətli dərəcədə qışqırırdı, sonra ikinci güllə ilə onu öldürdüm. Törətdiyimiz cinayətlərə görə bizi təbrik edirdilər. Məni ilk təbrik edən bölük komandirim oldu, əlimi sıxdı. Komandirimiz "bir müsəlmanı bıçaqlayaraq öldürən əsgərə 4 gün izn veriləcəyini" deyirdi. Aramızdan biri yaralandığı zaman vəhşiləşirdik və saatlarca məscidləri, minarələri atəşə tutardıq".
ABŞ ordusunun əsgəri açıqlamanın sonunda işğal zamanı aldığı medalları yerə atıb.