ABŞ Dövlət Katibi Mayk Pompeo İraqda davam edən vəziyyəti izləmək və Yaxın Şərqdəki amerikalıların təhlükəsizliyini təmin etmək üçün Vaşinqtonda qalmaq məcburiyyətindədir və bu səbəbdən onun Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kiprə nəzərdə tutulan səfəri təxirə salınıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Kiprdəki səfiri Cudit Qeyl Qarber deyib. Pompeonun səfərinin təxirə salınmasından məyus olduğunu qeyd edən səfir amerikalıların təhlükəsizliyinin daha vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Dövlət Katibi Mayk Pompeo Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kiprə səfər edəcəyi ilə bağlı məlumat yaymışdı.