Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb - YENİLƏNİB


Yəmən ordusunun Mareb əyalətindəki  təlim düşərgəsinin qiyamçı “Ənsar Allah” Hərəkatı tərəfindən atəşə tutulması nəticəsində ölən hərbçilərin sayı 80 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın xəbərində əsas hədəfin düşərgədəki məscid olduğu qeyd edilib. 


***

saat 02.42

Yəmənin şimal-şərqində Marib əyalətində hərbi kazarmya raket zərbəsi endirilib. 

APA-nın RİA Novosti-yə isitnadən verdiyi xəbərə görə, hadisə nəticəsində 24 hərbçi ölüb, 20 nəfər yaralanıb.

Mərminin ballistik raket olduğu iddia edilir. 

Bölgədə fəal olan “Ənsar Allah” hərəkatı məsuliyyət öz üzərinə götürməyib.