İsraildə keçirilən “Dünya Holokost Forumu 2020”də iştirak edən Uels şahzadəsi Çarlz ABŞ-ın vitse-prezidenti Mayk Pensin əlini sıxmaqdan imtina edib.
“Haber7” məlumat verir ki, ilk sırada əyləşən aparıcı dövlətlərin rəhbər şəxsləri ilə salamlaşan Uels şahzadəsinin bu addımı kameraların diqqətindən yayınmayıb.
Şahzadə Çarlzın ABŞ rəsmisinə qarşı bu rəftarının səbəbi haqqında məlumat verilmir.
Qeyd edək ki, Azərbaycanı bu tədbirdə Milli Məclisin Sədri Oqtay Əsədov və qurumun Beynəlxalq və Parlamentlərarası Komitəsinin sədri Səməd Seyidov təmsil edib.