"Laboratoriya araşdırmaları 22 yaşlı Zuqdidinin ölüm səbəbinin Çin koronavirusu yox, "B” tipli qrip virusu olduğunu təsdiqləyib”.
Bu barədə mətbuata Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin rəhbəri Amiran Gamkrelidze bildirib.
O, xəstənin ölümünün qriplə əlaqədar olduğunu açıqlayıb: "Bu, mövsüm üçüncü ölüm hadisəsidir. Ancaq əhalini çaxnaşmaya düşməməyə çağırıram”.
Xatırladaq ki, bir gün əvvəl Zuqdidi adlı 22 yaşlı qız qrip virusundan həyatını itirib. Yanvarın 19-da xəstəxanaya yerləşdirilən qızın Çin koronavirusundan öldüyü iddia edilib.(Teleqraf)
Aidiyyəti qurumlar isə Çin koronavirusunun Gürcüstanda yayılma riskinin minimal olduğunu vurğulayır.