Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab ölkəsinin Rusiyaya qarşı tətbiq ediləcək sanksiyaları dəstəkləyəcəyini bildirib.
“RİA Novosti” xəbər verir ki, diplomat Böyük Britaniyanın Rusiyanın həyata keçirdiyi qanunsuz ilhaqını heç vaxt qəbul etməyəcəyini bildirib.
“Krım və Sevastopolun ilhaqı qanunsuzdur. Biz Krımı və Sevastpolu Rusiyanın tərkibinə daxil etməyə çalışanları sanksiyalar vasitəsi ilə cavab verməyə məcbur edəcəyik”, - deyə Raab bildirib.