Ürəyi sağda olan qız 5 dəfə əməliyyat keçirdi: Həyata döndü


 Türkiyənin Edirnə şəhərində  yaşayan  21 yaşlı universitet tələbəsi Aysu Demirtaş fövqəladə həyatını jurnalistlərə açıqlayıb. Doğuşdan sonra öldüyü zənn edilən qızın hətda dəfn hazırlıqlarına başlanıb. Ancaq təkrar həyatdan yapışmağı bacaran Demirtaşın, ürəyinin sağda, bütün daxili  orqanlarının tərs və simmetrik olmadığı müəyyən olunub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Aysu 21 yaşına qədər 5 dəfə əməliyyat keçirir.

Demirtaş, heç nəyin həyatı sevməyə əngəl olmadığını ifadə edərək, "hər kəs sağlamlığının qədrini bilsin və həyatı sevsin" deyir.

Trakya Universitetinin tələbəsi olan Aysu Demirtaş, doğulduğu ilk günlərdə  beşikdə huşunu itirib. Bir xeyli vaxtdan sonra  özünə gələn Demirtaşı ailəsi həkimə aparır.

Yaşanan bu hadisələri illər sonra ailəsinin ona nəql etdiyini vurğulayan Demirtaş, müxtəlif xəstəxanalarda 5 dəfə əməliyyat keçirdiyini bildirib.

"Bu müddətdə ailəm çox cəfamı çəkdi.  Həqiqətən hər ana - atanın edə biləcəyi bir şey deyildi. Anamın məni kürəyində gəzdirdiyini xatırlayıram. O zaman  xəstəxanalara getmək üçün anam İstanbulda heç bir yeri tanımazdı. Məni kürəyində daşıyaraq bu günlərə gətirdi. Anama və atama çox minnətdaram, onları çox sevirəm. Zatən indi də həyatımı onlara həsr edərək, onlar üçün yaşayıram" deyə bildirir.

"Daxili orqanlarımın hamısı tərs, ürəyim normaldan böyük və dəlik, ağciyərlərə gedən damarlar tıxanmışdı. Ürəyimdə damar yolu açma əməliyyatı edildi. Sizlərdə ürək solda, məndə sağdadır. Ürəyim sağda olduğu üçün, bütün daxili orqanlarım da sağ tərəfdədir. Simmetrik olması lazım olan orqanlar simmetrik deyil" deyərək Demirtaş yaşadıqlarını belə izah edir: 
 "Hazırda  çox sağlamam, yaxşıyam. Mən fövqəladə bir körpə olmuşam, "əsla yaşaya bilməz" dedilər, amma Allahın izni ilə, ailəmin köməyiylə gənc bir qız oldum. Həyatı həqiqətən çox sevin. Mən indi də ürəyimi sağ yaxamda gəzdirirəm və  həyatı çox sevirəm. Ürəyim sağda olsa da, mənim üçün əngəl deyil".

Kardologiya üzrə uzm. Dr. Salih Altınel, "Orqanların bəzən yeri dəyişik olur. Əslində bu iki cür olur. Bir qisimində orqanların hamısı tamamilə tərs tərəfdə, məsələn ürək, normalda sol tərəfdə olmalı, ancaq belə xəstələrdə sağ tərəfdə, qaraciyər normalda sağ tərəfdə olmalı, ancaq sol tərəfdə olur. Buna Situs İnuversus Totalis deyilir. Yəni bütün orqanların tərs tərəfdə olması, bir də yalnız ürəyin sağ tərəfdə olmasına Dekstrokardi deyilir. Bu bir xəstəlik əlaməti deyil. Lakin orqanların hamısının tərs tərəfdə olması bəzi vəziyyətlərdə əlavə xəstəliklər yaradır. Buna görə nəzarət edilməkdə fayda var" deyə bildirir.

Turan