Maska almaq üçün kilometrlərlə növbə yarandı 


Çində koronavirusdan qorunmaq üçün insanlara lazım olan tibbi maska qıtlığı apteklərin önündə kilometrlərlə növbələr yaradıb.

İnsanlar saatlarla maska almaq üçün gözləyir.
Medicina.az-a istinadən bildirir ki, Şanxayda belə artıq maska qıtlığı var və Çin höküməti xaricdən maska idxal edir.

Çin standart keyfiyyətə cavab verməyən maskaların satışını qadağan edib.