İranın Qərbi Azərbaycan əyalətində güclü zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ Urmiya şəhərində qeydə alınıb.
Yeraltı təkanlar 4,8 bal gücündə, yerin 11 kilometr dərinliyində qeydə alınıb.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.