Koronovirusa görə 2 günə xəstəxana tikildi 


Çində yayılan koronavirusla bağlı Uhan yaxınlığındakı Huanqan şəhərində “Dabie Mountain” adlı ilk ixtisaslaşdırılmış xəsətəxana fəaliyyətə başlayıb.

Axşam.az xəbər verir ki, könüllülər iki gün ərzində boş binanı 1000 çarpayılıq tibb mərkəzinə çeviriblər.

Ötən gündən etibarən artıq xəstələr hospitalda müalicə almağa başlayıb.

Virusla bağlı həftəsonuna təhvil veriləcək daha bir xəstəxana isə Uhanda tikilir.