İstanbulun müxtəlif səmtlərində yoxsul ailələrə pul paylayan xeyriyyəçi iş adamı bu dəfə 6.8 bal gücündə baş vermiş zəlzələnin vurduğu Elazığda ortaya çıxıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, "Robin Hood" olaraq tanınan adam, şəhər mərkəzi və kəndlərdə evləri ziyan görən zərərçəkənlərə zərfin içində pul yardımı edib, dükana olan borclarını bağlayıb.
O, bir neçə kənddə 500 ailəyə içində min TL olan zərfləri və qida məhsulları yardım edib. "Robin Hood" kimi xatırlanan xeyriyyəçi məhəllə və kənd dükanlarına da gedərək, borc dəftərində uzun müddət borcunu ödəyə bilməyənlərin borclarını sildirib. Uşaqlara da 200 TL cibxərcliyi paylayan iş adamı zəlzələdə kürəkənini, qaynını və qonşusunu itirən Cahidə Erdağa ayrıca 5 kiçikbaş, 3 də böyükbaş heyvan alıb, verib.
Cahide Erdağ, "Xeyriyyəçi vətəndaş bura gəldi. Zərfin içində pul verdi, yemək-içmək yardım etdi. Mənə 5 qoyun, 3 dənə dana verdi" deyə bildirib.
Əhməd Ardıç isə "Bir adam borcumu ödəyib, marketə borcum qalmayıb. Allah ondan razı olsun. Çox sevindim. Cibimdə 5 lirə var, necə sevinməyim. Mən təxminən 27 ildir burada yaşayıram" deyə danışıb.
Turan