Qərb Gürcü Arzusu və İvanişvilinin üstündən xətt çəkib.
Axar.az xəbər verir ki, bunu Yeni Gürcüstan Partiyasının lideri Georgi Vaşadze deyib.
Vaşadze Gürcüstan və gürcü xalqına ABŞ-dan tam dəstək olduğunu söyləyib:
“Biz artıq hakimiyyətin cavablarına diqqət yetirməməliyik. Birincisi, Qərb Gürcü Arzusu və İvanişvilinin üzərindən xətt çəkib. Bunun antiqərb və antigürcüstan qüvvəsi olduğu müəyyən edilib. İkincisi, gürcü ictimaiyyəti və xalqına ABŞ-dan və AB-dən tam dəstək var. Nə amerikalılar, nə də avropalılar bizim yerimizə qərar verə bilər. Mən sona qədər mübarizə aparmağa hazırlaşıram”.