ABŞ-ın Yaxın Şərq Sülh planı “işğal layihəsidir”.
APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ankarada 5-ci Anadolu Media Mükafatları mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib.
O, ABŞ tərəfindən hazırlanmış “Əsrin sövdələşməsi”ni qınayıb: “Qüds bizim üçün qırmızı bir xəttdir, Qüds satılmır”.
Qeyd edək ki, çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri B.Netanyahu ilə keçirdiyi görüş zamanı İsrail-Fələstin münaqişəsinə son qoyan sözügedən planın detallarını aşıqlayıb.