Yunanıstanın Afina və Saloniki şəhərlərində ölkənin ABŞ-la yeni hərbi bazalar haqqında anlaşmasına qarşı etiraz aksiyaları keçirilib.
“RİA Novosti” xəbər verir ki, mitinqlər Yunanıstan parlamentinin ABŞ-la anlaşmanı ratifikasiya etdiyi vaxt keçirilib.
Etirazçılar ABŞ bayraqlarını yandıraraq “Millətlər ölüm gətirən anlaşmalara yox” şüarını səsləndiriblər.
Qeyd edək ki, yeni anlaşmaya əsasən, ABŞ Yunanıstanın, demək olar ki, bütün hərbi obyektlərindən istifadə edə biləcək.