Türkiyədə təhlükəli terrorçu məhv edilib


Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkə daxilində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK terror təşkilatının təhlükəli üzvlərindən olan Ömər Oran zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan “Bager” ləqəbli terrorçunun yaxalanması üçün 500 min lirə (təxminən 85 min ABŞ dolları) məbləğində mükafat nəzərdə tutulub. O, Ərzurum bölgəsində keçirilən antiterror əməliyyatında məhv edilib. Terrorçu zərərsizləşdirilən zaman silahlı olub.