Polis məntəqəsində atışma: Leytenant güllələndi

Nyu Yorkun Bronks səmtində polis məntəqəsində naməlum şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.

Axar.az xəbər verir ki, bu barədə “NYC Skayner” məlumat yayıb.

Sözügedən şəxs leytenant rütbəli polisi qolundan yaralayıb.

Şahidlərin sözlərinə görə isə cinayətkar digər bir polisə də xəsarət yetirib.

Hazırda insidenti törədən şəxs saxlanılıb. Olayın detalları araşdırılır.