Ermənistanda transgenderizm və homoseksualizmin təbliğatı yenidən güclənib. Axar.az xəbər verir ki, bu sözləri Feysbuk səhifəsində VETO hərəkatının üzvü, “Analitik.am” saytının direktoru Ani Ovannisyan paylaşıb. Onun sözlərinə görə, “Həyat haqqı” qeyri-hökumət təşkilatı Ermənistanda transgenderlərin imkanları və haqlarının genişləndirilməsi məqsədiylə düşərgə təşkil edəcək:
“Qeyd etmək yerinə düşər ki, uşaqlar arasında homoseksualizm və transgenderizmin təbliğatına start veriləcəyi gün elə də uzaq deyil. Transseksuallar üçün düşərgələr təşkil ediləcək və hormonal preparatlarla uşaqların cinsiyyəti korrektə ediləcək”.
O, İstanbul Konvensiyasının qəbulundan sonra qanunun homoseksuallar və transgenderləri müdafiə edəcəyini və bunun sayəsində dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinin fahişəlik olacağı vurğulanıb.