Niderlandda 24 saatda üçüncü partlayış: Yaralanan var

Amsterdamda müəssisələrin birində içərisində bomba olduğu ehtimal edilən bağlama partlayıb. Nəticədə bir nəfər xəsarət alıb.

Bu barədə nu.nl xəbər yayıb.

Qeyd edək ki, bu, son 24 saatda Niderlandda üçüncü partlayışdı. Fevralın 12-də Amsterdamda və Kerkradda poçt şöbəsində partlayışlar olmuşdu. Lakin həmin vaxt zərərçəkən olmamışdı.

Bundan başqa Leusden şəhərində poçt şöbəsinə daxil olan bağlamada bomba zərərsizləşdirilmişdi. 

Portalın məlumatına görə, hazırda bomba xəbərdarlığı ilə bağlı 11 məktub alınıb. Lakin onların vaxtı qeyd olunmayıb.

Məktubu göndərən şəxsin kimliyi bilinmir.