Koronavirusun yayılması ABŞ iqtisadiyyatına ilin ilk rübündə mənfi təsir göstərəcək.
Bu barədə ABŞ Prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri Lourens Kadlou “Fox News” telekanalında danışıb.
O qeyd edib ki, koronavirusun yayılması ÜDM-in (Ümumi Daxili Məhsul) artımına ilin ilk rübündə mənfi təsir göstərəcək.
Qeyd edək ki, L.Kadlou bir neçə gün əvvəl Çindəki epidemiyanın ABŞ iqtisadiyyatında heç bir itkiyə səbəb olmayacağını bildirib.