Fransanın Savoya departamentinin Mutye xizək kurortunun işçiləri istirahətə gələn qonaqları Əmək Konfederasiyasının bayraqları və şuarlarla qarşılayıblar.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, departamendə iki həmkarlar ittifaqı təşkilatlarının çağırışı ilə hökumət tərəfindən işsizlikdən sığorta sisteminin islahatına qarşı etiraz edən 200 nəfərədək adam küçələrə çıxıb. Ölkənin digər xizək kurortlarında təxminən 50 belə nümayiş keçirilib.
"İnsanlar xizək mövsümü başa çatdıqda necə yaşadığımızı bilmirlər", - La-Plan kurortunun işçisi Bernadet Faleks deyib: "May ayından noyabradək (iki yay ayı istisna olmaqla) biz qadınlara iş tapmaq çətindir, ağır fiziki şərtləri olan işləri qəbul etməliyik".
Aprelin 1-dən qüvvəyə minəcək islahat layihəsinə əsasən, işsizlik müavinətının tam alınması üçün mövsümi işçilər bu günə qədər olduğu kimi dörd ay yox, altı ay işləməlidirlər. Qlobal istiləşmə və qarın olmaması səbəbindən xizək mövsümünün azalmasını nəzərə alaraq, bu "mümkün olmayan bir missiya"ya çevrilir.
Fransanın Əmək Nazirliyinin statistikasına görə, ötən il bir milyondan çox fransız aylıq gəlirlərlərini mövsümi əmək hesabına qazanıblar.