ABŞ prezidenti Donald Tramp 1995-ci ildə Bill Klinton rəhbərliyi altında tətbiq edilən İrana qarşı sanksiya rejimini bir il uzadıb.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, bu barədə Ağ evinin yaydığı press-relizində deyilir.
Tramp Konqresə 1995-ci ildə elan edilmiş İranla qarşı elan edilmiş "fövqəladə vəziyyət" müddətini növbəti ilə qədər uzadacağını barədə bildiriş göndərib. Bu bildiriş ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdiriləcək:
"İran hakimiyyətinin hərəkətləri və siyasəti ABŞ-ın milli təhlükəsizlik, beynəlxalq siyasət və iqtisadiyyatı üçün xüsusi təhlükə yaratmağa davam edir"