Türkiyədə açıq və ya qapalı formada keçiriləcək bütün görüş və ya fəaliyyətlər aprel ayının sonuna qədər təxirə salınıb.
“HaberGlobal” bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də yayımlanan xəbərə əsasən məlumat yayıb.
Koronavirus pandemiyasının Türkiyədə yayılmasının qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyü vurğulanan təlimatda qeyd edilir:
“Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün Səhiyyə Nazirliyinin nəzdindəki Koronavirus Elmi Şurasının tövsiyələrinə əsasən, milli və beynəlxalq səviyyədə açıq və ya qapalı formada keçiriləcək hər hansı bir elmi, mədəni, bədii və oxşar görüşlərin və ya tədbirlərin aprel ayının sonuna qədər təxirə salınması məqsədəuyğun hesab edilir”.