“Ölkədə ümummilli karantinin tətbiq edilməsini zəruri saymıram”.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkə daxilində karantin tətbiq etməyə ehtiyac yoxdur: “Kaliforniyada, Nyu-Yorkda karantin tətbiq edildi, lakin Midvestə və digər yerlərə gedirsən, eyni problemlər yaşanmır.
“Kaliforniya və Nyu-York ştatlarında xüsusi rejim elan olunub. Ehtiyac olmadıqda evdən çıxmayın. Sakinlər yalnız zəruri məsələlər üçün evdən çıxa bilərlər - yemək, dərman üçün. Şəhərdə lazım olan xidmətlər, obyektlər fəaliyyəti göstərir”, - deyə prezident əlavə edib.