Koronavirus ABŞ şirkətlərini 4 trilyondan məhrum edəcək

Koronavirusa görə ABŞ şirkətlərinin gəlirləri 4 trilyon dollar azala bilər.

Axar.az xəbər verir ki, bu məlumat “Bridgevater” fondunun hesabatında yer alıb.

“ABŞ-ın özəl və dövlət şirkətlərinin gəlirləri 4 trilyon dollar azala bilər. Bu, kifayət qədər təhlükəli ixtisardır. Əgər bunun qarşısı alınmasa, bu, uzunmüddətli silkələnmələrə gətirib çıxaracaq” – deyə hesabatda bildirilib.