İspaniyada bir gündə 440 nəfər koronavirusdan ölüb


İspaniyada son sutkada 440 nəfər koronavirusdan vəfat edib.
 
APA-nın "El Pais"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Bununla da ölkədə bu günə kimi COVID-19 virusuna yoluxaraq ölənlərin sayı 22 157 nəfərə çatıb.
 
İspaniyada son bir gündə koronavirusa 4635 yoluxma qeydə alınıb ki, ölkədə indiyədək COVID-19 virusuna yoluxanların sayı 213 024 nəfərə çatıb. Xəstəlikdən 89 000 nəfər sağalıb.