Son xəbərlər ... QİYAMƏT QOPDU: Şok virus dalğası yayıldı - FOTOLAR


ABŞ-ın Nyu-York şəhərindən sonra bu dəfə dəhşətli fotolar başqa bir qitədən gəldi. Karantin əleyhinə olanlar küçələrə çıxdılar və bir qaçqında aşkarlanan koronavirus bütün məhəlləni ayağa qaldırdı. 


 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, yer üzündə 2 milyon 640 min insana yoluxan koronavirus bu günə qədər 184 mindən çox insanın həyatına son qoyub. Dünyanın 210 ölkəsində və bölgəsində baş qaldıran epidemiya ilə bağlı bir ölkədən daha qandonduran görüntülər gəldi.



Cənubi Amerikanın 210 milyon əhalisi olan ən böyük ölkəsi Braziliyada ilk hadisə fevralın 26-da təsbit edilib. Radikal-sağçı prezident  Jair Bolsonaru, koronavirus epidemiyasının yayılmasının qarşısını almaq əvəzinə bunu "kiçik bir qrip" kimi təsvir edib.



Bununla birlikdə gələn xəbərlər Braziliyanın ən böyük şəhəri Amazonasda koronavirus epidemiyasının ağır nəticələrə səbəb olduğunu göstərir.



Bələdiyyə başçısı deyib ki, artıq kütləvi məzarların qazılması üçün təlimatlar vemək zorunda qalıblar.
Associated Press (AP) və Reuters-in yayımladığı şəkillər qohumlarını kütləvi məzarlığa basdıranların tabutların üstünə tükülən torpağı acizanə şəkildə seyr etdiklərini göstərir.

Digər tərəfdən İngiltərə mediası vəziyyəti  "Bolsonarunun eyibi, şok fotolar" başlığı ilə gündəmə daşıyıb. Son 24 saat ərzində 165 min insanın öldüyü Braziliyada itki üç minə yaxınlaşıb.

Turan