Serbiyada aprelin 26-na planlaşdırılan parlament seçkilərinin koronavirusla bağlı ölkədə elan olunmuş karantin səbəbindən iyulun ortalarına keçirilməsi qərarı alınıb.
AZƏRTAC xəbər verir ki, parlament seçkilərində Aleksandr Vuçiçin partiyasının ən güclü rəqibi “Serbiya üçün ittifaq” partiyası idi. Hakim partiya ötən seçkilərdə seçicilərin səsinin 48,2 faizini toplamışdı.
Yeddi milyon əhalisi olan Serbiyada indiyədək koronavirusa 7 min 779 nəfər yoluxub, onlardan 151-i ölüb, 1152 nəfər isə sağalıb.