ABŞ Prezidenti Donald Tramp Amerikanın Rusiya Federasiyasındakı diplomatik missiyasının keçmiş işçisinə Ukraynada səfir vəzifəsini təklif edib.
“İnterfaks” xəbər verir ki, Tramp istefada olan general-leytenant Keyt Deytonun ABŞ-ın Ukraynadakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb.
“Vaşinqtondan olan Keyt Dayton Amerika Birləşmiş Ştatlarının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri olacaq”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Keyt Deyton ABŞ-ın Rusiyadakı səfirliyində hərbi attaşe kimi xidmət edib. İndi Almaniyada Corc Marşal adına Mərkəzin direktoru, həm də ABŞ-ın Ukraynadakı müdafiə məsələləri üzrə baş məsləhətçisidir.
ABŞ-ın Ukraynadakı səfiri vəzifəsi keçən ilin mayında, Ağ Ev Kiyevdən Mari Yovanoviçi geri çağırandan sonra boş qalıb. Sonradan eks-səfir ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı qalmaqalın iştirakçılarından biri olmuşdu.