Merkel koronavirusa qarşı vaksin üçün tələb olunan vəsaiti açıqladı


Almaniya Baş naziri Angele Merkel yeni növ koronavirusa qarşı vaksin hazırlanmaq üçün 8 milyard avronun lazım olduğunu açıqlayıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Merkel videoçıxışında yeni növ koronavirusun hamıya yoluxa biləcəyini, buna görə də bütün dünyanın birlikdə hərəkət etməsinin vacib olduğunu deyib.

O, Avropa Birliyinin mayın 4-də vurusla mübarizə üçün donorlar konfransı keçirəcəyini və Almaniyanın da bu prosesə xeyli maliyyə yardımı ayıracağını açıqlayıb.

Merkel qeyd edib ki, vaksin hazırlanacağı təqdirdə ondan bütün dünyanın yararlanması təmin ediləcək:

"Koronavirus dünya iqtisadiyyatına ağır zərbə vurur. İnsanların sağlamlığını qorumaq və virusu məhv etmək üçün birlikdə hərəkət etməliyik".