Əfqanıstanda "Taliban"ın daha 100 üzvü həbsdən azad edilib


Əfqanıstan hökuməti “Taliban” qruplaşmasının azı 100 üzvünü Kabil həbsxanalarından azad edib.

APA xəbər verir ki, bu barədə “TOLOnews” məlumat yayıb.

Telekanalın məlumatına görə, azad olunan dustaqlar Pul-e-Çarxi həbsxanasında olublar.

“Taliban” üzvləri ümumilikdə 5 min dustağın həbsdən azad edilməsini tələb edirlər.