Şimali Koreya lideri Kim Çen İnlə bağlı bir-birinin ardınca xəbərlər yayılır. Cümə günü bir açılışda iştirak edən və 20 gündən sonra ilk dəfə göründüyü iddia edilən Kim Çen İn haqqında ABŞ Prezidenti Donald Tramp da açıqlama verib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Şimali Koreya liderini ictimaiyyət qarşısında görməkdən məmnun olduğunu söyləyib.
Donald Tramp öz Twitter hesabında yaydığı xəbərdə "Onun geri döndüyünü və yaxşı olduğunu görməkdən məmnunam" deyə bildirib.
ABŞ prezidenti həmçinin hesabından Kim Çen İnin son şəkillərini də paylaşıb.
Qeyd edək ki, Şimali Koreya liderinin 3 həftədir ictimaiyyətə görünməməsi müxtəlif fərziyyələrə səbəb olub.
Kim Çen Inın uğursuz ürək əməliyyatından sonra öldüyü və ya komaya düşdüyü iddia edilib.
Cümə axşamı Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA, Kimin gübrə zavodunun açılışında iştirak etdiyini açıqlayıb.
Daha sonra Şimali Koreya mediası ölkə rəhbərinin açılış mərasimində lent kəsdiyi fotoları yayımlayıb.
Yayılan xəbərlərdə bildirilir ki, ictimaiyyət Kimi sevinclə qarşılayıb.
Turan