“Sülh çeşməsi” əməliyyatlarının aparıldığı bölgədə 12 terrorçu zərərsizləşdirilib


Suriya ərazisində PKK, YPG terror təşkilatlarının 12 terrorçusu zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, terrorçular Türk Silahlı Qüvvələri tərəfindən “Sülh çeşməsi” antiterror əməliyyatlarının aparıldığı bölgəyə keçmək istəyərkən məhv ediliblər.