Tacikistanda koronavirus xəstələrinin ümumi sayı 128-ə çatıb.
APA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son sutkada koronavirusa yoluxma halı 52 olub.
Qeyd edək ki, daha əvvəl KİV-də bildirilirdi ki, mayın 2-si axşam saatlarına kimi Tacikistanın xəstəxanalarında 2,782 nəfər koronavirus əlamətləri ilə tibbi nəzarət altına alınıb, 217 nəfər isə müayinədən sonra evə buraxılıb.