Türkiyədə 31 vilayətdə giriş-çıxış qadağası daha bir gün uzadıldı


Türkiyə ölkənin 31 vilayətinə giriş-çıxış qadağasını daha bir gün uzatmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi bildirib.

Məlumata görə, mayın 4-ü saat 00: 00-a qədər quru, hava və dəniz əlaqələri dayandırılacaq.

Məhdudiyyətlər Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Dənizli, Diyarbakır, Ərzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonguldak vilayətlərində tətbiq olunur.

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 124 375 nəfərə yüksəlib, 4 451 nəfər sağalıb.