Birləşmiş Ukrayna (BUAK) Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev koronavirusdan sağalıb.
Məlumatı APA-ya R.Tağıyevin müavini Xəyyam Həqiqətoğlu təsdiqləyib.
Qeyd edək ki, R. Tağıyevin aprelin 8-də koronavirusa yoluxması ilə bağlı məlumat yayılmışdı. Onun xəstəxanada verdiyi koronavirus testinin nəticəsi pozitiv çıxmışdı.