Türkiyənin Elazığ vilayətində 4.0 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 16:25-də qeydə alınıb. Zəlzələnin episentri Sivrice rayonunda olub.
Yeraltı təkanlar 7 kilometr dərinlikdə yerləşib.
Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilməyib.