ABŞ-da atışma nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb


ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə yerli polis departamentinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, atəşma nəticəsində 1 nəfər ölüb, 11 nəfər isə yaralanıb: "Hannepin küçəsində baş verən atışma nəticəsində 12 nəfər yaralanıb. Yaralananlardan 1 nəfər daha sonra vəfat edib".

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.