Dünya boyu COVID-19 halları artır



Qlobal miqyasda COVID-19-a yoluxma halları artır. Dünya boyu yoluxmaların sayı 8.7 milyondan çoxdur.

ABŞ 2.2 milyon yoluxma halı ilə dünyada yoluxanların sayının ən çox olduğu ölkədir

Bundan sonra yoluxma hallarının sayının 1 milyondan çox olduğu Braziliya və 576 mindən çox yoluxma halı ilə Rusiya gəlir.

Cons Hopkins Universitetinə əsasən, ABŞ təxminən 120 min ölüm halı ilə dünyada COVID nəticəsində ölüm hallarının ən çox olduğu ölkədir.

Prezident Donald Trampın kampaniyasının üzvləri arasında altı nəfər koronavirusa yoluxub. Bu haqda məlumat şənbə günü ABŞ prezidentinin Oklahoma ştatında Tulsada kampaniya tədbirindən bir neçə saat əvvəl verilib. Bu, Trampın koronavirusa görə ölkədə karantinin tətbiq edilməsindən bəri ilk kampaniya tədbiridir.

Prezident çıxışı zamanı ABŞ-da yoluxmalarının sayının testlərin genişləndirildiyi üçün çox olduğu ilə bağlı zarafat edib. “Testləri bu miqyasda keçirəndə daha çox hal tapacaqsınız. Ona görə də mən öz adamlarıma dedim ki, testləri yavaşıdın. Onlar elə test edir, yoxlayırlar” – deyə, prezident bildirib. Ağ ev daha sonr prezidentin açıqlamalarına aydınlıq gətirərək, onun zarafat etdiyində təkid edib.

Cənubi Koreyada bazar günü koronavirusa 48 yeni yoluxma halı haqda məlumat verilib. Bunların yarıdan çox paytaxt Seuldadır. Çində 25 yeni yoluxma halı qeyd edilib və bunların da yarıdan çoxu Cənubi Koreyada olduğu kimi paytaxt Pekindədir. Hər iki ölkədə virusun yayılmasının nəzarətdə saxanması üçün sərt tədbirlər görülüb, lakin məhdudiyyətlərin yüngülləşdirilməsindən sonra yeni yoluxma halları qeyd edilir.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus keçən həfdə pandemiyanın gücləndiyinə dair xəbərdarlıq edib. “Biz indi yeni və təhlükəli bir mərhələdəyik”, o bildirib. Tedros virusun yayılmasının qarşısının alınması üçün karantin tədbirlərinə hələ də ehtiyac olduğu ilə bağlı xəbərdarlıq edib.