ABŞ-ın Cənubi Koreyadakı səfiri diplomatik mübahisəyə səbəb olan bığlarını qırxdı

ABŞ-ın Cənubi Koreyadakı səfiri Harri Harris diplomatik mübahisəyə səbəb olan bığlarını qırxıb.
“Sabah” qəzeti xəbər verir ki, onun bığları Cənubi Koreyanın Yaponiya tərəfindən işğal olunduğu dönəmdə yapon məmurlarının bığlarına bənzəyib. Bu da Cənubi koreyalılar tərəfindən Yaponiyanın müstəmləkəsi olduğu dövrü xatırlatdığı üçün təhqir kimi qiymətləndirilib.
Bu vəziyyət ABŞ və Cənubi Koreya arasında diplomatik böhrana səbəb olub. Vəziyyətə son qoymaq üçün bığlarını qırxan səfir bundan məmnun olduğunu deyib.