Ermənistanda COVID-19-a yoluxanların sayı 38 mini ötdü

Ermənistanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 38 196 nəfərə çatıb.
APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 259 nəfər koronavirusa yoluxub.
Ermənistanda son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb, bununla da COVID-19-dan ölənlərin sayı 728 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 28 366 nəfərdir.