Tramp dünya gündəmini silkələdi: ABŞ-da seçkiləri təxirə salmağı təklif etdi

ABŞ Prezidenti Donald Tramp ölkəsindəki prezident seçkilərini təxirə salmağı təklif edib.
Bu barədə ABŞ lideri “Twitter” hesabında yazıb.
D.Tramp 2020-ci il seçkilərinin poçt vasitəsilə keçirilməsinin nəticələrin qeyri-dəqiq olmasına gətirib çıxaracağını bildirib.
O, seçkiləri insanların düzgün, etibarlı və təhlükəsiz şəkildə səs verə biləcəyi vaxta qədər təxirə salmağı təklif edib.