Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 17 476 105 nəfərdə yeni koronavirus aşkarlanıb.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.
Virusdan 676 759 nəfər ölüb, 10 938 617 nəfər sağalıb.
Şimali Amerika qitəsində koronavirusa yoluxma 5 439 802, Cənubi Amerikada 4 039 872, Asiyada 4 211 580 nəfərdə müəyyən edilib.
Ölkələr arasında virusa ən çox yoluxma ABŞ (4 634 985 nəfər), Braziliya (2 613 789 nəfər), Hindistanda (1 639 350 nəfər) qeydə alınır.
Rusiyada bu göstərici 834 499, İranda 301 530, Türkiyədə 229 891, Ermənistanda 38 196, Gürcüstanda isə 1 160 nəfərdir.
Azərbaycanda koronavirusa yoluxan 31 560 nəfərin 441-i ölüb, 25 168-i sağalıb.