Xəstələri dişləyirlər! Xəstələr dəhşət içində qaçır! Bu dəhşət koronavirusu unutdurub! Mağazalarda cəsədlər... On illərin ən böyük istilasının önünü ala bilmirlər! Sayları milyonları aşan sürünün qorxunc görüntüləri şok effekti yaradıb!
![](https://sherg.az/uploads/editor/37fa9d4f23a926bc122945efea77b41c.jpg)
Sherg.az xarici media istinadən xəbər verir ki, Avstraliya koronavirusdan da dəhşətlu, qorxunc fəlakətlə üz-üzədir. İndiyədək 30 min nəfərin koronavirusa yoluxduğu, 909 nəfərnsə “COVİD-19”dan həyatını itirdiyi Avstraliyada ortaya çıxan milyonlarla siçovul koronavirusu unutdurdub. Yer üzünün 6-cı ən böyük ölkəsinin Yeni Güney Qaller və Quensland əyalətləri bərəkətli taxıl zəmiləri ilə məşhurdur.
![](https://sherg.az/uploads/editor/29b348b5ef037261c36349d53b54123e.jpg)
![](https://sherg.az/uploads/editor/f5287b23df80aec40cc3eeef83801915.jpg)
Lakin hazırda bu əyalətlər siçovulların istilası altındadır. Rəsmilər, sayları milyonları aşan gəmirici sürüsünü nəzarət altına almaq üçün mübarizə apardığı bir vaxtda siçovulların xəstəxanada yatan 3 pasiyenti dişlədiyi, mağazaların döşəmələrinin siçovul ifrazatları ilə dolub daşdığı məlum olub. Sidneyin şimal-qərbindəki Gilqandra əyalətindəki bir təsərrüfatda qorxunc görüntülər ortaya çıxıb. Siçovullar boruların altında, dəzgahların üzərində minlərlə gəmirici qaçışır.
![](https://sherg.az/uploads/editor/13948f6da82f8d24b19aa529491d5575.jpg)
Qışa saman tədarük etmiş fermerlər gəmiricilərin saman ehtiyatını məhv etdiyini deyib. Fermerlərdən biri bu dəhşəti belə anladıb: “Mənə elə gəlir ki, Yer kürəsi sadəcə, ətrafda qaçışan siçovullarla fırlanır” .
Mağaza sahibləri isə siçovulların ifrazatlarını təmizləməyə hər gün 6 saat sərf edirlər. Artıq mağazalardan kimsə alış-veriş etmir.
Mütəxəssilər bu fəlakətin səbəbini illərlə sürən quraqlığın ardından indiyədək görülməyən dərəcədə isti yaz havasıyla əlaqələnidirirlər. Yerli media yazır ki, sadəcə 1 cüt siçovul bir mövsüm ərzində orta hesabla 500 bala doğur. Bunun qarşısını almaq mümkünsüzdür.
![](https://sherg.az/uploads/editor/c87f4d83baa09c04d51a5a72b231dfc6.jpg)