Açıqlama gəldi - Gürcüstanda üçüncü dalğa başlayır

"Gürcüstanda pandemiyanın üçüncü dalğası başlayır".

24News.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamqrelidze açıqlama verib.

Mərkəz rəhbəri vətəndaşları qaydalara və tövsiyələrə əməl etməyə çağırıb:

"Qaydalara və tövsiyələrə əməl edərək özümüzü pandemiyanın daha kəskin vəziyyətindən saxlaya bilməsək, üçüncü dalğanın başladığını deməliyik".

Qamkrelidzenin sözlərinə görə, bu gün mövcud olan bütün yoluxmalar genişmiqyaslı masalardan və toplantılardan başlayıb.

Xatırladaq ki, bu gün ölkə üzrə 707 yoluxma halı qeydə alınıb.