Sirri ortaya çıxdı! Bill Geyts pulunu baxın hara yatırdır?


Microsoftun qurucusu Bill Geytsin son bir neçə ildəki sərmayələrini izləyənlər "Nə səbəbə?" sualını soruşmadan keçə bilmir. Yalnız pulunumu hesablayır, yoxsa başqa bir məqsədmi güdür?

Bill Geytsin adını eşidəndə ağılınıza nə gəlir? Microsoft, Windows, bəlkə bir də son illərdə qlobal istiləşmə və Covid-19-la əlaqədar şərhləri... Yaxşı, Bill Geytsin hazırda ABŞ-dakı ən böyük əkinçilik ərazisinə sahibi olduğunu bilirdinizmi?

Bu gerçək ABŞ-da nümayiş olunan bir sektor jurnalı - "Land Report" sayəsində ortaya çıxıb.

Jurnalın bu ilki ilk sayında nümayiş olunan bir siyahıyla, 65 yaşlı Geyts  ölkədə ən geniş əkinçilik torpaqlarına sahib adam elan edilib. "Land Report"un əldə etdiyi məlumata görə, Geytsin sahib olduğu ərazilərin cəmi sahə 242.000 akreyə (təxminən 980 kvadrat kilometr və ya 98.000 hektar) çatır.

İngilis Telegraph qəzeti Geytsin sahib olduğu əkinçilik ərazilərinin böyüklüyünün İngiltərə Kraliçası 2-çi Elizabetə aid əkinçilik torpaqlarından belə çox olduğunu vurğulayır. Bir texnologiya milyarderi olan Geytsin əkinçilik ərazilərinə bu qədər böyük sərmayələr etməsinin altında nə yatır? 

Seattledə doğulub böyüyən, hələ də də orada yaşayan Geytsin satın aldığı ərazilərə nəzər yetirəndə  ABŞ-ın 19 əyalətinə yayılmış olduğunu görmək mümkündür. Xüsusilə də Louisiana, Arkansas, Arizona kimi əyalətlərdə məhsuldar torpaqları satın alan Geyts bu sərmayələri 25 illik bir maliyyə strategiyasının məhsulları olaraq görür.

Turan